Çin borc bataqlığından çıxsın deyə Yunanıstana yardım edəcək
06.07.2015 17:12 Dünyadan reaksiya 2285
İflas edən Yunanıstana kömək əli Asiyadan uzadılacaq? Ekspertlər Yunanıstan böhranını yaxından analiz edən Çinin ata biləcəyi addımları Reaksiya.az üçün şərh ediblər.
Yunanıstanın iflas dramı və avrozonadan çıxma (Grexit) ehtimalı, Asiyanın ixracatı üçün də əhəmiyyətli risklər yarada bilər. Bu açıqlama dünyanın ən böyük investisiya bankı “Goldman Sachs”ın ekspertlərindən gəlib.
Çin Yunanıstanın “Grexit” uçurumuna düşməməsi üçün bu ölkəyə kömək edəcək, ancaq 5 iyul referandumuna kimi, birbaşa böhranın həllində iştirak etməyəcək. Çinin reaksiyası böyük ehtimalla referendumdan sonra gələcək. Bu açıqlamanı Rusiya Müasir İnkişaf İnstitutunun mütəxəssisi Nikita Maslennikov və Çin Sosial Elmlər Akademiyası Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutunun mütəxəssisi Fan Mingtai veriblər.
Böhran hansı ölkələrə təsir edəcək?
“Goldman Sachs” mütəxəssisləri, “Grexit” ehtimalının çox zəif olduğunu, ancaq ən pis ssenariyə görə, Asiyadan ixracat 1,6% azalacağını iddia edirlər. Buna görə Hindistanın ixracatı 2,6%, Çinin 2,2%, Tayvanın isə 1% azalacaq. Yunan tribulansına ayrıca Yaponiya və Cənubi Koreya də düşəcək.
Bu arada Yunanıstan böhranı, Avropa İttifaqının digər problemli ölkələrində də borc epidemiyası yaradacaq və Asiyanın ixracatındaki eniş sürətlənəcək. Problemli ölkələr isə İspaniya, Portuqaliya və Yunanıstanın qonşuları Bolqarıstan, Rumıniya və Albaniyadır. Bu ölkələrin bazarlarında, Asiya sərmayəsinin varlığı əhəmiyyətli bir yer tutur. Bunlar ilk növbədə Çinin infrastruktur, xidmət və ticarət sahələrinə, yəni borc böhranının ən çox təsir etdiyi sahələrə qoyduğu investisiya məkanlarıdır.
Yunanıstandakı böhranın ən ağır dövrünün, Çin Baş naziri Li Kıçiangin 28 İyun-2 İyulda keçirəcəyi Avropa ziyarətinə rastlaması da diqqət çəkən məqamlardandır. Li Kıçiang Brüsseldə Aİ liderlərinə, ölkəsinin Yunanıstanın borcu ilə bağlı böhranın həllində konstruktiv rol oynamağa hazır olduğunu söyləyib. Çinin baş naziri Yunanıstanın avrozonada qalmasını istədiklərini və kreditorları bu ölkə ilə razılaşma əldə etməyə çağırdıqlarını qeyd edib.
Çin tarazlığın pozulmasına icazə verməyəcək
Ekspert Nikita Maslennikov Çinin bu problemin həllinə praqmatik və eyni zamanda strateji maraq göstərdiyini ifadə edərək bunları söyləyib:
"Çinin marağını belə açıq şəkildə ifadə etməklə, dünyanın maliyyə xəritəsində yeni bir isti nöqtə meydana gəlməsini istəmədiyini ortaya qoyur. Bu çox əhəmiyyətli və olduqca maraqlı bir hadisədir; Çinin həqiqətən də tamamilə yeni bir şəkildə, qlobal iqtisadiyyatdakı mövqeyini dəyişdirdiyini göstərir. Bazarlardakı titrək tarazlığın pozulmasına icazə verməyəcək və qətiyyətlə qlobal maliyyə dünyasının ehtiyac duymadığı əlavə riskləri ortadan qaldıracaq, çoxtərəfli iqtisadi və maliyyə diplomatiya mexanizmlərini inkişaf etdirməyə çalışacaq".
Mətbuata açıqlama verən digər bir ekspert Fan Mingtai də Çin siyasi dairələrinin Yunan böhranına reaksiya vermə istəyində olduğunu qeyd edərək, məsələni belə şərh verib: "Yunanıstan böhranı, heç şübhəsiz ki, Çinin Yunanıstan ilə ticarətinə və bu ölkəyə qoyulan investisiyalara böyük təsir göstərə bilər. Ancaq mən Avropa ölkələrinin Çin ilə birlikdə Yunanıstana, mövcud çətinlikləri aşmasına kömək etməyə hazır olduğunu düşünürəm. Məncə, Çinin Yunanıstana kömək etməsi üçün iki variantı var. Birincisi, bunu ortaq beynəlxalq yardım çərçivəsində Aİ ölkələri üzərindən edə bilər. İkincisi də birbaşa Yunanıstana kömək edə bilər. Xüsusilə də İpək Yolu İqtisadi layihəsi ilə Asiya İnfrastruktur Sərmayələri Bankı nəzərə alaraq, Çin, həqiqətən də bu imkana sahibdirlər".
Şərhlər