Avropadan Türkiyəyə yeni güzəşt

21.03.2016 20:41     Dünyadan reaksiya     958

AB və Ankara iki məsələdə anlaşa bilib.

İyulun 1-dən Türkiyə vətəndaşları Avropaya vizasız səyahət edə biləcəklər.

ANS PRESS-in Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN)  bildiriblər.   

XİN-dən verilən məlumata görə,  artıq bu məsələyə görə Türkiyə və Avropa Birliyi təmsilçiləri arasında razılaşma əldə edilib. Əvəzində isə Türkiyə Avropaya qaçqın axınının qarşısını alacaq.   

Bu məsələyə martın əvvələrində Türkiyədə rəsmi səfərdə olan Yunanıstan baş naziri Aleksis Çiprasın bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşündə də toxunulmuşdu. 

 

Aleksis Çipras və Əhməd Davudoğlu - Yunanıstanın və Türkiyənin baş nazirləri
Aleksis Çipras və Əhməd Davudoğlu - Yunanıstanın və Türkiyənin baş nazirləri

“Yunanıstan həmişə Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyib. Həmçinin miqrant böhranı mövzusunda da həmfikirik".

Baş naziri Əhməd Davudoğlu iyun ayından Türkiyə ilə Avropa arasında viza rejiminin ləğv olunacağını deyib. Davudoğlu həmçinin hər iki ölkənin paytxları arasında hava nəqliyyatının təsis ediləcəyini qeyd etmişdi.   

“Yunanıstan həmişə Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyib. Həmçinin miqrant böhranı mövzusunda da həmfikirik. Məsləhətləşmələr vaxtı verdiyi dəstəyə görə cənab Çiprasa təşəkkür edirəm. Şərqi Aralıq və Egey dənizlərini cazibə mərkəzinə çevirək ki, bu yerlər böhranla yox, refahla yad edilsin”,- deyə  Davudoğlu vurğulamışdı.  

 

Şərhlər