ABŞ-ın gizli bazası deşifrə oldu - İraqda
21.03.2016 20:50 Dünyadan reaksiya 825
İŞİD terrorçuları ABŞ-ın İraqda yerləşən gizli hərbi bazasına hücum edib.
Axar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisi CNN-ə məlumat verib.
Müdafiə Nazirliyinin nümayəndəsi hadisənin bir neçə gün öncə baş verdiyini deyib. Onun sözlərinə görə, Mosulun Mahmur rayonunda yerləşən hərbi baza qumbaraatanlardan atəşə tutulub:
“Gizli bazada təxminən 200-ə yaxın ABŞ hərbçisi olub. Hücum nəticəsində ABŞ-ın bir hərbi mütəxəssisi həlak olub. Pentaqon yaxın günlərdə hadisə ilə bağlı rəsmi açıqlama verəcək”.
Qeyd edək ki, ABŞ liderliyindəki beynəlxalq koalisiyanın sözçüsü, polkovnik Stiv Varren ötən gün Tvitter səhifəsində hadisə ilə bağlı üstüörtülü məlumat vermişdi. O, “Kədərlənərək bildirirəm, bu gün koalisiya qüvvələrinin bir mütəxəssisini İraqda itirdik”, - deyə qeyd etmişdi.
Şərhlər