Dünyanı gözləyən fəlakət yaxınlaşır

22.03.2016 00:18     Dünyadan reaksiya     1001

Ümumdünya Meteoroloji Təşkilatı bədbin proqnozlar verib.

ünya ictimaiyəti qlobal istiləşməylə mübarizədə Paris iqlim müqaviləsi ilə kifayətlənməməlidir. BMT-nin hava xidməti sayılan Ümumdünya Meteoroloji Təşkilatı,   havanın daha da istiləşməsi barədə xəbərdar edib. 

2015-ci il sənaye inqilabından bəri dünyanın ən isti ili kimi qeydə alınıb. Təşkilatın hər il dərc etdiyi “iqlimin vəziyyəti” adlı hesabata görə,  2016-cı ildə havanın daha da istiləşəcəyi, regiondan asılı olaraq bəzi yerlərdə quraqlıq olacaq, bəzi yerlərdə isə yağıntılı hava şəraitinin kəskinləşəcək. 

"İnsanların çoxu Paris paktı ilə iqlim probleminin həllini tapdığını düşünməklə yanılır".

Cenevrədə keçirilən mətbuat konfransında Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Petteri Talas insanların çoxunun Paris paktı ilə iqlim probleminin həllini tapdığını düşünməklə yanıldığını bildirib.  Təşkilatın rəhbəri dünya temperaturu artımının  1,5 dərəcə Selsi həddinə yaxınlaşmaqda olması barədə xəbərdarlıq edib.  Qarşıdakı aylarda El Ninyo effektinin zəifləməsinə baxmayaraq, temperaturda əhəmiyyətli dərəcədə artımın müşahidə olunacağı proqnozlaşdırılır.

El-Ninyo Sakit okeanın şərq hissəsində  səth sularının kəskin temperatur dəyişkənliyi hesab olunur.  Güclü Elninyo effekti  ötən il Hindistanda musson mövsümün qısalmasına, Atlantik  okeandakı qasırğaların zəifləməsinə təsir göstərib, Qlobal istiləşməyə təsir baxımında El Ninyo effektinin payı 0,2 dərəcə Selsi təşkil edir. 

Şərhlər