Türkiyədə "canlı bomba" terrordan əvvəl yaxalandı
22.03.2016 23:18 Dünyadan reaksiya 873
Tutulan çəxsin üzərində partlamağa hazır bomba olduğu təsbit edilib.
Türkiyə təhlükəsizlik gücləri Suriya sərhədində ölkəyə girmək istəyən "canlı bomba"nı həbs edib.
ANS PRESS-in məlumatına görə, bu barədə təhlükəsizlik gücləri yaxın qaqnaqlar məlumat verib.
Məlumata görə, Suriya sərhədindən Türkiyəyə qeyri-qanuni yollarla girməyə çalışan 10 nəfər İŞİD üzvü tutulub.
Terroristlərdən birinin "canlı bomba" olduğu, üzərində partlamağa hazır bomba düzeneğinin olduğu təsbit edildi.
Türkiyə ordusunun Baş Qərargahı hadisə ilə bağlı yazılı bir açıqlama yayıb. Baş Qərargahın açıqlamçasında deyilir: "22 mart 2016-cı il tarixdə Qaziantep sərhəd bölgəsində Suriyadan Türkiyəyə qeyri-qanuni yollardan keçməyə çalışan, İŞİD üzvü olduğu ehtimal edilən 10 nəfər tutulub. Həmin şəxslərdən birinin canlı bomba olduğu və üzərində partlamağa hazır bomba olduğu təsbit edilib."
Martın 13-də Ankarada törədilən partlayış zamanı 37 nəfər həlak olmuş, 120 nəfər yaralanmışdı. Partlayışa görə məsuliyyəti TAK (Kürdüstan Azadlıq Şahinləri - Teyrebazen Azadiya Kurdistan – red.) terror təşkilatı üzərinə götürüb. Bu haqda təşkilatın saytında məlumat yayılıb.
Fevral ayının 13-də baş verən terror aktına görə də məsuliyyəti bu təşkilat öz üzərinə götürmüşdü. O zaman 28 nəfər dünyasını dəyişmiş, 80 nəfər xəsarət almışdı.
Şərhlər