Madridin ən iri məscidinə siqnal raketləri atılıb

23.03.2016 15:40     Dünyadan reaksiya     885

Hadisəyə görə məsuliyyəti "Hogar Social Madrid" ultrasağ qrupu üzərinə götürüb.

Ultrasağ fəallar İspaniyanın  paytaxtı Madridin  ən iri məscidinə siqnal raketləri atıblar.

ANS PRESS-in RİA Novostiyə istinadən verdiyi məlumata görə,  nəticədə ərazini qatı tüstü bürüyüb. Hücum edənlər məscidin yanında "Bu gün Brüssel, sabah Madrid?" yazılmış plakat asıblar.

Hadisəyə görə məsuliyyəti "Hogar Social Madrid" ultrasağ qrupu üzərinə götürüb. Qrup sosial şəbəkədə #TerroristasWelcome ("terrorçular, xoş gəldiniz) haştaqıyla fotolar paylaşaraq onlara "Dünən Paris, bu gün Brüssel, sabah Madrid", " M30-dakı məsciddə radikal islamizmə qarşı aksiya" (M30 - Madriddə yollardan biridir - red.) şərhlərini yazıblar.

Madrid meriyası aksiyaya dərhal reaksiya verib.

"Onlar müsəlman cəmiyyətini qanundankənar elan edə bilməzlər. Biz terrorizmlə birgə mübarizə aparırıq. Birgə yaşayış = təhlükəsiz şəhərlər", - meriyanın Twitter-dəki səhifəsində yazılıb.

Martın 22-də Belçika Krallığının paytaxtı Brüsseldə aeroport və metroda partlayışlar törədilib. Son məlumatlara görə, 31 nəfər ölüb, 260 nəfər yaralanıb. Terakta görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

 

Brüssel beynəlxalq hava limanı partlayışdan sonra
Brüssel beynəlxalq hava limanı partlayışdan sonra

 

Şərhlər