Ata iki qızını doğradı
23.03.2016 16:02 Dünyadan reaksiya 1185
Dağıstan sakini iki qızının ölümündə təqsirli bilinir. Qızlardan birinin 16 yaşı varmış.
Milli.Az Rosbalt-a istinadən bildirir ki, qızların davranışı kişinin xoşuna gəlməyib və o, qızları qətlə yetirib.
Rusiya İstintaq Komitəsinin rəsmi məlumatına görə, dekabrda Karanayaul kəndində 49 yaşlı kişi qızlarına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Onların hər ikisi hadisə yerində keçinib. Kişi meyitləri maşınına qoyub və kəndin kənarına apararaq basdırıb.
Qatil həbs edilib və günahını boynuna alıb. Təfərrüatları danışıb və qızlarını basdırdığı yeri göstərib.
LifeNews-un məlumatına görə, qızlardan birinin 22, digərinin 16 yaşı olub. Qızların itkin düşməsi barədə ərizəni polisə onların anaları verib.
"Onlar boşanmışdılar, birlikdə yaşamırdılar. Kişi İzberbaşda, qadınla qızları isə Ulubiyaulda yayırdılar. Kişi eşidib ki, qızları analarına qulaq asmır, oğlanlarla gəzirlər, bu isə onu hiddətləndirib", - hüquq mühafizə orqanlarındakı mənbə deyib.
Şərhlər