Türk gəmisi Putinin həssas nöqtəsinə çırpıldı - GƏRGİNLİK - FOTOLAR

23.03.2016 16:23     Dünyadan reaksiya     919

“Turkuaz Shipping” dənizçilik şirkətinə aid "Lira" yük gəmisi Rusiyanın 2014-ci ildə Ukraynadan ələ keçirdiyi Krım yarımadasına Azov dənizi üzərindən inşa etməkdə olduğu körpünün dirəklərinə çırpılıb.

 

Publika.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə martın 19-da baş verməsinə baxmayaraq, bu gün açıqlanıb.

 

Agentliyin rəsmi məlumatında hadisəyə hər hansı siyasi don geyindirməmək məsələsi xüsusilə vurğulanıb. Rəsmi məlumatda bildirilib ki, hadisə martın 19-da gecə saatlarında baş verib. Qəza nəticəsində körpünün bir dirəyi zədələnib, iki dirəyənə isə ciddi zərər dəyib.

 

Körpünü tikintisini həyata keçirən “Krımskiy Most” inşaat şirkəti hazırda dəyən zərəri hesablayır.

 

Körpüyə çırpılan gəminin Taqanroq limanına aparıldığı bildirilir.

 

Qeyd edək ki, qəzadan əvvəl Rusiyanı Krımla birləşdirəcək körpüyə baş çəkən prezident Vladimir Putin “Bu körpü bizim üçün həyati əhəmiyyətə malikdir. Körpünün tikintisində baş verəcək hər hansı maneə yaranarsa, məsul şəxslər kəllələri ilə cavab verəcək”, - deyə sərt bəyanatla çıxış etmişdi.

Şərhlər