“Gürcüstanı və Ermənistanı dağıdacaqlar, Azərbaycana...” - Jirinovskidən ŞOK PROQNOZ

23.03.2016 16:25     Dünyadan reaksiya     817

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski 1954-cü ildən 1991-ci ilə qədər fəaliyyət göstərən SSRİ Dövlət Təhlükəsizlik Komitəsini (DTK) dirçəltməyi təklif edib.

 

Publika.az xəbər verir ki, Jirinovski bu barədə “Danışır Moskva” radiostansiyasının efirində Brüsseldə törədilən terror aktlarını şərh edərkən deyib.

 

“Dövlət Təhlükəsizlik Komitəsini bərpa etmək lazımdır. Onun tərkibində yaxşı hazırlanmış bir neçə yüz min zabit olmalıdır. Bütün nəqliyyat kommunikasiyalarını  - aeroportlar, dəmiryol vağzalları və avtomobil yolları nəzarət altına almaq lazımdır”, - Jirinovski bildirib.

 

Bundan başqa, partiya sədri hesab edir ki, Rusiya cənub istiqamətində öz sərhədlərini möhkəmləndirməlidir: “Çünki Türkiyədə belə bir fikir var ki, miqrasiyanı axınını Avropaya deyil, Gürcüstana çevirmək lazımdır. Onlar Gürcüstanı və Ermənistanı dağıdacaqlar, Azərbaycana və cənub sərhədlərimizə atılacaqlar”.

 

Qeyd edək ki, DTK 1954-cü ildən 1991-ci ilə qədər fəaliyyət göstərib. 1991-ci ildə ləğv edilən DTK-nin əsasında Kəşfiyyat Mərkəzi (daha sonra Rusiya Xarici Kəşfiyyat Xidməti) və Təhlükəsizlik Nazirliyi yaradılıb. Rusiya prezidenti Boris Yelsin 1993-cü ilin dekabrında Təhlükəsizlik Nazirliyini ləğv edib və Əks-Kəşfiyyat üzrə Federal Xidmətini yaradıb. Bu qurumun adı isə 1995-ci ildə Federal Təhlükəsizlik Xidməti ilə dəyişdirilib.

 

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb. Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər həyatını itirib.

Şərhlər