ABŞ dövlət katibi Con Kerri Rusiyada səfərdədir
23.03.2016 18:21 Dünyadan reaksiya 840
Onun səfəri 2 gün davam edəcək.
ABŞ dövlət katibi Con Kerri Rusiyada səfərdədir. ANS PRESS-in məlumatına görə Kerri bu gün Moskaya gəlib. Onun səfəri 2 gün davam edəcək. Rusiya KİV-lərinin məlumatına əsasən Kerri səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Görüş zamanı müzakirə olunacaq əsas məsələlər Suriya böhranı, Ukrayna və Yaxın Şərqdəki vəziyyət , həmçini beynəlxalq təhlükəsizliyin üzləşdiyi problemlər olacaq.
Bu son 1 il ərzində Kerrinin Moskaya 3-cü səfəridir. Sonuncu dəfə Kerri Rusiyaya ötən ilin dekabr ayında gəlib.
Şərhlər