Polşa Avropaya qəti cavabını verdi
23.03.2016 18:23 Dünyadan reaksiya 946
Polşa miqrantların Avropa ölkələri arasında paylaşılması ilə bağlı razılaşmadan çıxıb.
Axar.az xəbər verir ki, bunu Polşanın baş naziri Beata Şidlo deyib.
“Mən birbaşa deyəcəm. Hazırki vəziyyətdə qaçqınların Polşaya yerləşdirilməsini məqbul hesab etmirəm”, - baş nazir deyib.
Qeyd edək ki, sözügedən razılaşmaya əsasən, Yaxın Şərqdən gələn qaçqınlar 28 Avropa ölkəsi arasında bölünməli idi.
Şərhlər