Rusiya və Çin arasında növbəti zirvə toplantısı
07.07.2015 11:43 Dünyadan reaksiya 2087
Bu həftə keçiriləcək Rusiya-Çin zirvə toplantısını bütün dünya diqqətlə izləməyə hazırlaşır. Rusiya prezidenti Vladimir Putinin, bu həftə ölkənin Ufa şəhərində reallaşacaq BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) zirvə toplantıları daxilində çinli həmkarı Şi Cinpinglə də ikili bir görüş keçirəcəyi açıqlanıb.
Çin xarici işlər nazirinin müavini Çang Guoping dəqiq tarixini vermədiyi görüşün məzmunu ilə əlaqədar bunları söyləyib: ''İkili münasibətlər mütləq gündəmdə olacaq. Liderlər iqtisadi əməkdaşlıqla yanaşı, müəyyən layihələri də ələ alacaq. Bundan başqa əhəmiyyətli qlobal və regional inkişafları da danışacaqlar”.
Guoping iki ölkə arasındakı isti münasibətlərin nə ilə açıqlanacağına dair sual qarşısında da, bunun Putin və Şi arasındakı dostluq əlaqələriylə açıqlana biləcəyini qeyd edib.
Üçüncü ölkələrlə bağlı bir ittifaq deyil
Digər tərəfdən Rusiya-Çin əlaqələrinin üçüncü ölkələri hədəf alan bir ittifaq olmadığını da ifadə edən Guoping bildirib ki, münasibətlər yalnız qlobal güclər arasında qurulan əlaqələr baxımından yeni bir nümunə meydana gətirib.
Bununla birlikdə hər iki ölkənin də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olduğuna diqqət çəkən Guoping “Ölkələrimiz dünya sülhü və təhlükəsizliyində əhəmiyyətli rol oynayırlar” - deyə danışıb.
Rusiyanın cənubi-qərbindəki Ufa şəhərində 8-10 iyulda BRİCS qrupu liderləri bir araya gələrkən, 9-10 iyulda ŞƏT zirvəsi toplanacaq.
Şərhlər