Kim Çen Əsədə "ölüm dəstəsi" göndərdi
24.03.2016 18:20 Dünyadan reaksiya 1281
Şimali Koreyadan olan döyüşçülər Suriya Prezidenti Bəşər Əsədə hərbi dəstək verir.
Axar.az xəbər verir ki, bunu ictimaiyyətə Suriya müxaliflərinin Yüksək Müzakirə Komitəsinin sözçüsü Əsəd Zubi deyib.
O, Şimali Koreyadan Suriyaya gedən iki dəstənin Əsəd qüvvələrinin tərəfində döyüşdüyünü bildirib. Sözçü Şimali Koreya döyüşçülərinin dəhşətli dərəcədə təhlükəli olduğunu açıqlayıb.
Şimali Koreya lideri Kim Çen İn mütəmadi şəkildə Bəşər Əsədə dəstək verir və Əsədi milli bayramlarda təbrik edir.
Şərhlər