Ermənistan Avropanın ən hərbiləşdirilmiş ölkəsidir - hesabat

24.03.2016 23:12     Dünyadan reaksiya     887

İsrail, Sinqapur və Ermənistan üçüncü ildir ki, dünyanın ən hərbiləşdirilmiş ölkələri olaraq qalır.

 
Musavat.com-un məlumatına görə, bu barədə Almaniyadakı Bonn Qlobal Hərbiləşmə İndeksi üzrə Beynəlxalq Konversiya Mərkəzinin yaydığı hesabatda deyilir.
 
Hesabat hər min nəfər əhaliyə düşən hərbçilərin sayı, hərbi xərclərin və ÜDM-nin nisbəti, hərbi və səhiyyə xərclərinin nisbəti, həmçinin, qoşunların sayı və ağır hərbi texnikanın göstəriciləri əsasında hazırlanır.
 
Sənədə görə, Ermənistan – Avropanın ən çox hərbiləşdirilmiş ölkəsidir. İkinci yerdə Rusiya, üçüncü yerdə yunan Kipri, dördüncü yerdə isə Azərbaycandır (Azərbaycan 2015-ci ilin axırına 8-ci yerdə olub).
 
Ermənistan hərbiləşdirilmiş dünya ölkələri arasında üçüncü yerdədir. İsrail və Sinqapur 2007-ci ildən dünyanın iki ən hərbiləşdirilmiş dövləti sayılır.

Şərhlər