Terrorçuları tapana pul mükafatı verilir
25.03.2016 22:59 Dünyadan reaksiya 1003
Türkiyənin Daxili İşlər Nazirliyinin yaratdığı “Alo 140 terror şikayəti xətti” ölkədə baş verəcək bir çox bədbəxt hadisələrin qarşısının alınmasında böyük rol oynayıb.
Axar.az xəbər verir ki, bu qaynar xəttə vətəndaşlardan gələn zənglər nəticəsində bir çox terrorçu tutulub. Bunun müqabilində həmin vətəndaşlara müəyyən miqdarda pul ödənilib.
Bu günə qədər vətəndaşların şikayəti əsasında xeyli sayda silah-sursat da ələ keçirilib.
Şərhlər