Jirinovskinin sözləri başına bəla oldu
25.03.2016 23:10 Dünyadan reaksiya 1270
Rusiya Dövlət Dumasının deputatı Boris Vişnevski İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edib.
Axar.az xəbər verir ki, deputat müraciətində Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Brüssel terroruna verdiyi şərhə görə məsuliyyətə cəlb olunmasını istəyib.
“Terror indi Avropaya gedir və gedəcək. Bu, bizim üçün faydalıdır. Onların ölmələrinə və məhv olmalarına imkan verək”, - Jirinovski martın 22-də Brüssel terrorunu şərh edərkən bildirib.
Vişnevski Jirinovskinin Cinayət Məcəlləsinin 205.2 maddəsi ilə (terrora bəraət və ictimai dəstək – red.) mühakimə edilməli olduğunu bildirib.
Şərhlər