Duda: - "Rusiya bunu dəfələrlə etdi"
25.03.2016 23:30 Dünyadan reaksiya 1087
NATO beynəlxalq hüquqları pozan Rusiyaya reaksiya verməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andrey Duda deyib.
"Rusiya Ukraynanın ərazi bütövlüyünə qəsd edir. Rusiya son illərdə dəfələrlə beynəlxalq hüquq normalarını pozdu. Gürcüstan və Ukraynadan Suriyaya qədər bu siyasətini yürütdü. NATO Rusiyanın bu addımına cavab verməlidir. İttifaq Şərqi Avropada hərbi potensialını möhkəmləndirməlidir", - Duda qeyd edib.
Şərhlər