Roma papası kilsədə uzandı və ayin etdi

26.03.2016 19:47     Dünyadan reaksiya     1125

"Silah alverçiləri uşaqlarına qanlı çörək yedirirlər".

Roma Papası Fransisk Pasxa bayramı öncəsi İsa peyğəmbərin çarmıxa çəkilməsivə Qolqofa qayasında öldürülməsinin rəmzi sayılan Müqəddəs Cümə səbəbilə keçirilən Xaç yolu ayinini gerçəkləşdirib.

ANS PRESS-in məlumatına görə, ilk olaraq Roma Papası Fransisk bir ritual edib. O, Müqəddəs Pyotr kilsəsində sərilən bir xalı üzərində üzü aşağı uzanaraq dua edib. 

İsanın çarmıxa çəkildiyi xaçın qarşısında gerçəkləşən bu ayin bağışlanma göstəricisi sayılır. 

Duadan sonra çıxış edən Papa dünyada cərəyan edən proseslərə toxunub. O, daha yaxşı həyat istəyilə savaşdan Avropaya qaçan miqrantların dənizlərdə batmasına işarə edərək belə deyib: "Egey və Aralıq dənizləri doyumsuz bir məzarlığa çevrilib. Bu, bizim həssas olmayan və yatmış vicdanımızın bir göstəricisidir". 

Roma Papası dua edir
Roma Papası dua edir

Silah tacirlərini də hədəfə alan katolik lider onların övladlarına məsum insanların qanı ilə baxdıqlarını deyib. Onun sözlərinə görə, silah satışı edənlər uşaqlarına qanlı çörək yedirirlər. 

Müqəddəs Pyotr kilsəsindəki ayin
Müqəddəs Pyotr kilsəsindəki ayin
Roma Papası Fransisk - 25.03.2016
Roma Papası Fransisk - 25.03.2016

Bundan bir gün öncə isə Roma Papası ənənəvi ayaqyuma ayinini gerçəkləşdirib. ANS PRESS-in məlumatına görə, Papa Fransisk Pasxa bayramı öncəsi - müqəddəs cümə axşamı ayini üçün Roma yaxınlığındakı Kastelnuovo di Porto qəsəbəsinə üz tutub. Burada 900-ə yaxın miqrant məskunlaşan düşərgə var. 

Papa müsəlman, hindu, xristianın da daxil olduğu 12 miqrant və bir italyanın ayaqlarını yuyub, dəsmalla sildikdən sonra bir-bir öpüb.

Xristianların inanclarına görə, Həzrəti İsa çarmıxa çəkilməzdən bir gün öncə sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yuyub. 

 

Şərhlər