İŞİD Avropanı hədələdi - "Ardı olacaq"

28.03.2016 14:15     Dünyadan reaksiya     843

“Avropa Paris hücumundan dərs almadı".

“Avropa Paris hücumundan dərs almadı, buna görə də Brüsseldə terror törədildi. Ardı olacaq". ANS PRESS-in məlumatına görə, İŞİD terrorçuları yenidən təhdid ediblər. 

Belçikanı qana bulayan, Almaniyanı hədələyən terrorçular yeni video yayıblar. Video da qruplaşma növbəti dəfə Brüssel terroruna görə məsuliyyəti üzərinə götürdüyünü deyib. Belçika əsilli bir terrorçu bu ölkəyə edilən terror hücumlarının "dadımlıq" olduğunu deyib. O, deyib ki, əgər İŞİD-a qarşı əməliyyatlar davam edərsə daha böyük hücumlar gerçəkləşdiriləcək. 

Video çarxın ikinci hissəsində hollandiyalı terrorçu Hicham Chaib İŞİD-a qarşı əməliyyatara dəstək verən bütün Avropa ölkələrinə xəbərdarlıq edib. 

Hicham Chaib - İŞİD terrorçusu
Hicham Chaib - İŞİD terrorçusu

 

ABŞ daxili təhlükəsizlik komitəsi (Homeland Security Committee) hesabatına görə, terror təşkilatına demək olar ki, dünyanın hər yerindən üzvlər cəlb edilib. İŞİD sıralarında 120 ölkədən 38 200 nəfər qatılıb. Qərbdən qatılanların sayı isə 7 minə yaxındır. 2015-ci ilin dekabr ayında Nyu Yorkda aparılan başqa bir araşdırmada isə bu rəqəm 5 min civarında idi. Onlardan 4 mini ancaq 4 Avropa ölkəsindəndir. 

Fransadan 1800, İngiltərə və Almaniyadan 760, Belçikadan 470 nəfərin İŞİD-a qatıldığı iddia edilir. Terrorçuların yaşları isə 20-30 arasındadır.

http://www.dailymail.co.uk/news/article-3511274/Brussels-slaughter-just-taste-coming-warns-ISIS-chief-executioner-chilling-new-video-threatening-attacks-West.html#v-7191447306775738845

 

Şərhlər