Türkiyə prezidenti şəhidlərin və öldürülən terrorçuların sayını açıqladı

28.03.2016 17:13     Dünyadan reaksiya     957

"Qafqazda olanlara biganə qala bilmərik".

"Terrorçulara qarşı əməliyyatlar başlanan ötən ilin iyul ayından bu günə qədər 215-i hərbçi, 133-ü polis, 7-si qoruyucu olmaqla 355 şəhid verilib. Eyni zamanda 5359 terrorçu zərərsizləşdirilib. Amma bu vəziyyət şəhidlərimizin acısının ürəyimizi daima yandırmağa davam edəcəyi reallığını dəyişmir". ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandeyib. 

O, Türkiyənin könül bağları olan coğrafiyaların heç birində baş verənlərə biganə qala bilmədiklərini qeyd edib. "Məsələn, Balkanlarda yaşanan heç bir hadisəni görməməzlikdən, eşitməməzlikdən gəlmə imkanımız yoxdur. Eyni şəkildə Şimali Afrika, Qafqazdakı hadisələrə uzaq qalmaq lüksümuz yoxdur. Tarixin üzərimizə yüklədiyi bu öhdəliyin altından birlikdə qalxacağıq.

Bizim millətə hərbçi millət deyilir. Tarix boyunca daima hərb sahəsindəki uğurlarımız, mübarizəmizlə ön plana çıxmışıq. Dövlət qurmaq, yaşatmaq sahəsindəki məharətimiz açıq-aşkar ortadadır". 

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Ərdoğan son günlər artan terror  aktlarına da toxunub. O, deyib ki, Avropa ölkələrinə terrorla bğlı nə desələr də onlara sözlərini dinlədə bilməyiblər. "Sonunda o ilanlar özlərini də cçalamağa, minalar öz ayaqları altında partlatmağa başladı. Danışanda demokratiya, azadlıq, haqq-hüquq dillərindən düşməyənlər, öz başları dərdə girəndə bütün bunları unudurlar. 

 

Şərhlər