İrandan etiraf - Suriyada türklər qazandı

28.03.2016 17:46     Dünyadan reaksiya     1169

"Rusiya Suriya siyasətində İranı aldadıb".  

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu İranın BMT-nin Cenevrə ofisindəki sabiq səfiri Əli Hürrəm deyib:   "Rusiya İran və Bəşər Əsədi İraq və Suriyada bir müddət dəstəklədi. Sonra isə qüvvələrini geri çəkən Rusiya İranın bölgədə güclənən rolunu zəiflətdi. Səudiyyə Ərəbistanı və Türkiyə Rusiyanın bu fəaliyyətindən son dərəcə məmnun oldu".   Hürrəm əlavə edib ki, İran Suriyanın ərazi bütövlüyünü qorumaq niyyətindədir: "Rusiyanın geri çəkilməsi İranın bu strategiyasının nəticəsiz qalmasına səbəb oldu. Türkiyə və Səudiyyə Suriya oyununda qazanan tərəf oldu". 

Şərhlər