Ruhani Putini təbrik etdi

28.03.2016 18:40     Dünyadan reaksiya     1005

İki ölkə rəhbərləri Palmiranın azad olunmasından danışdı.

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə telefonla danışıb. ANS PRESS-in məlumatına görə, söhbət zamanı tərəflər Suriya ordusunun Palmiranı İŞİD döyüşçülərindən xilas etmələri barədə müzakirələr aparıblar.

"İki ölkə rəhbərinin əsas müzakirə mövzusu Palmiranın İŞİD-dən azad olunmasıdır"

İki ölkə rəhbərinin danışıqları əsnasında bəlli olub ki, onlar bu tarixi şəhərin  azad olunmasından çox məmnundurlar. Rəhbərlərin  uzunmüddətli söhbəti Rusiya ordusunun da dəstəyi ilə Suriya ordusunun İŞİD terrorçularını ölkədən qovmasına həsr olunub. Bundan əlavə, tərəflər müxtəlif səviyyələrdə əlaqələri fəallaşdırmaq barədə razılığa gəliblər.

Ötən gün Suriya ordusu təxminən bir ildir ki, İŞİD terror təşkilatı tərəfindən tutulan Palmira şəhərini terrorçulardan tamamilə azad edib. Hökumət qüvvələri tərəfindən verilən açıqlamada qədim şəhər hesab edilən Palmiranın geri alındığı və terror təşkilatı üzvlərinin geri çəkildiyi bildirilib: “Bölgədə gecə boyu şiddətli döyüşlər davam edib və Suriya ordusu Palmira ilə yanaşı ətraf tarixi yerləri də azad edib”, - deyə hökumətdəki mənbə qeyd edib.

Ötən ilin may ayında İŞİD yaraqlıları Suriyanın Palmira şəhərini ələ keçirərək qədim abidələrin yerləşdiyi tarixi mərkəzə daxil olublar. Hərbi hava bazası, həbsxana və kəşfiyyat mərkəzi yaraqlıların əlinə keçib.

Şəhəri ələ keçirən terrorçular qədim heykəlləri yerlə-yeksan edib, sındırıblar. YUNESKO İŞİD-in Suriya və İraqda dağıtdığı mədəni irs nümunələrinin ingiltərəli kolleksionerlərin əlinə keçməyə başladığını açıqlayıb. 

 

Şərhlər