Putin və ailəsi ilə bağlı şok xəbər yayılacaq
28.03.2016 19:38 Dünyadan reaksiya 850
Bəzi KİV-lər Putin və onun ailəsi ilə bağlı sifarişli informasiya hücumu hazırlayırlar.
Reaksiya.info AzVision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə Putinlə bağlı təxribat dolu informasiya yayılacaq: “Obyektivliyə iddia edən növbəti informasiya yaxın günlərdə dərc olunacaq. Biz özünü Beynəlxalq jurnalist araşdırmaları konsorsiumu adlandıran təşkilatdan dindirilmə üslubunda hazırlanmış sorğular almışıq”.
Peskov qeyd edib ki, sorğu ilə bağlı məlumatların yaxın günlərdə Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə və Rusiya mətbuatında dərc olunacağı gözlənilir.
Peskov Putinin adını ləkələyən yalan məlumatlar dərc olunduğu təqdirdə, məhkəməyə müraciət edəcəklərini bildirib.
Şərhlər