Erməni qəzeti Sarkisyanın varisindən yazdı: “O, 2018-ci ildə prezident olacaq”
29.03.2016 11:41 Dünyadan reaksiya 890
Ermənistan hakimiyyətinin 2018-ci ildə hazırkı xarici işlər naziri Edvard Nalbandyanı prezidentliyə namizəd göstərə bilər.
Modern.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin diplomatik dairələrində söz-söhbət gəzir. Diplomatlar məhz Nalbandyanın Serj Sarksiyanın varisi olacağı fikrindədir.
“Yeni konstitusiya dəyişikliyinə görə parlamentin seçəcəyi prezidentin çox məhdud hakimiyyəti var, bütün əsas səlahiyyətlər baş nazirin əlində cəmləşib.
Bu vaxta qədər Ermənistan hakimiyyətinin 2018-ci ildə prezidentlik üçün əsas namizədləri Konstitusiya məhkəməsinin sədri Qaqik Arutunyan, Böyük Britaniyadakı erməni səfiri Armen Sarkisyan və prezident administrasiyasının rəhbəri Viqen Sarkisyan olub.
Xarici işlər naziri Edvard Nalbandyanın bu siyahıda adının hallanması isə yeni bir hadisədir”-deyə “Aykakan Jamanak” yazır.
Şərhlər