Ərdoğan ilk dəfə Rza Zərrabın həbsi haqda danışdı - VİDEO

29.03.2016 13:32     Dünyadan reaksiya     978

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ səfəri öncəsi açıqlamasında iş adamı Rza Zərrabın (Sarraf) Mayamidəki həbsi barədə də danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bu məsələnin ölkə üçün əhəmiyyətli olmadığını bildirib:

"Bu mövzu ölkəmizi maraqlandıran bir məsələ deyil. Bu, bir "çirkli pulların yuyulması"dır, ya yox, həbsin səbəblərin bilmədən danışmaq istəmirəm. Əsl çirkli pullar yuyanların ataları Pensilvaniyada yaşayır. Onlar üçün bir şey etdilərmi? Rza bəyin vəkilləri lazım olanları deyəcəklər".

Qeyd edək ki, Cənubi Azərbaycandan olan, Türkiyədə fəaliyyət göstərən R.Zərrab ABŞ-ın İrana qoyduğu embarqoları pozmaq, çirkli pulların yuyulması, dövləti aldatmaq ittihamları ilə həbs olunub. O, həyat yoldaşı, müğənni Ebru Gündeş və qızı Alara ilə ABŞ-da səyahət edərkən həbs edilib. Onun məhkəməsi aprelin 4-də baş tutacaq.

Şərhlər