İŞİD Türkiyədəki yəhudi məktəblərinə hücumlar planlaşdırır

29.03.2016 16:28     Dünyadan reaksiya     727

İŞİD terrorçuları Türkiyədə yerləşən yəhudi uşaqlarının təhsil aldığı məktəb və uşaq bağçalarına hücumlar planlaşdırır, bu səbəbdən İsrail öz vətəndaşlarını Türkiyə ərazisini tərk etməyə çağırıb.

Sky News xəbər verir ki, “ildırım hücum” barədə məlumat keçən həftə Qaziantepdə həbs edilmiş “Xilafət”in altı nümayəndəsindən alınıb.

Hücum hədəfinin daha çox Bəyoğluda yerləşən və nəzdində ictimai mərkəzin və məktəbin fəaliyyət göstərdiyi İstanbul sinaqoqunun olacağı ehtimal edilir.

“Bütün bunlar nəzərə alınaraq Türkiyə polisi tərəfindən yəhudi icması arasında təhlükəsizliyin və diqqətin gücləndirilməsinə dair tədbirlər görülür”, - xüsusi xidmətlərdə olan mənbə Sky News-a bildirib.

“Onların hücumu nə vaxta planlaşdırdığını bilmirik. Bu, növbəti gün və ya bir neçə gün ərzində baş verə bilər”, - mənbə bildirib.

Qeyd edək ki, İsrailin terrorizm ilə mübarizə üzrə bürosu bazar ertəsi, martın 28-də ikinci dərəcəli təhlükə səviyyəsi elan edib, İŞİD və digər terror qrupları tərəfindən turistlərə hücum ehtimalının böyük olduğunu vurğulayıb. Bununla əlaqədar İsrail hakimiyyəti öz vətəndaşlarından Türkiyə ərazisini tərk etmələrini istəyib.

 

(Oxu.az)

Şərhlər

Çox oxunanlar