Türkiyədə suriyalı qaçqınların düşərgəsində baş verən yanğın nəticəsində üç uşaq ölüb
29.03.2016 16:55 Dünyadan reaksiya 952
Türkiyənin cənub-şərqində suriyalı qaçqınların düşərgəsində baş verən yanğın nəticəsində 3 uşaq ölüb, daha 6 uşaq isə xəsarət alıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, faciə Derik şəhəri yaxınlığında Mardin vilayətində baş verib.
"Hurriyet" qəzetinin məlumatına görə, hadisə ilə əlaqədar istintaq işinə başlanıb.
Qaçqın düşərgəsi Derik şəhərindən 4 km məsafədə yerləşir, orada təxminən 9 min suriyalı yerləşdirilib.
Şərhlər