Saakaşvili: “Bu iyrəncliyə Poroşenko son qoydu”
07.07.2015 13:54 Dünyadan reaksiya 1956
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili David Sakvarelidze və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qriçakın rəhbərliyi altında keçirilmiş əməliyyatdan əldə olunan maddi sübutların fotolarını paylaşıb.
, Saakaşvili özünün Feysbuk səhifəsində əməliyyatın nəticələrini şərh edib: “ALFA xüsusi qrupunun döyüşçüləri hücumla Kiyev Prokurorluğunun binasını nəzarətə götürərək Baş Prokurorluq və Kiyev Prokurorluğunun iki generalını həbs etdilər. Aparılan axtarış zamanı onlardan külli miqdarda brilyant və yarım milyon dollar pul götürülüb. Dünəndən bəri bu işi bağlamaq cəhdləri dayanmır, hətta “binanın qanunsuz tutulması”na görə David Sakvarelidzeyə qarşı cinayət işi açılıb. Bu gün bu iyrəncliyə Prezident Poroşenko son qoydu. O, şəxsən özü bu məsələyə qarışaraq istintaqı dəstəklədi, ona mane olmağı qadağan etdi və işi sona çatdırmağı əmr etdi. Prezidentin reaksiyasından sonra ümid edirəm ki, bu işə mane olmaq istəyənlər öz əməllərinə görə cavab verməli olacaqlar”, - Saakaşvili yazıb.
/axar.az/
Şərhlər