Bağdadda güclü partlayış baş verib - FOTOLAR

29.03.2016 19:20     Dünyadan reaksiya     1064

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

İraqın paytaxtı Bağdadda partlayış olub. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində ilkin məlumatlara əsasən, 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Terror nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb"

İraqın Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, terrorçu özünü Bağdadın mərkəzində yerləşən Tayran meydanında partladıb. Hadisənin hələ ki, kim tərəfindən törədildiyi məlum deyil. Çünki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Güclü terror aktı iki gün əvvəl Pakistandaqeydə alınıb. Hadisə nəticəsində 72 nəfər ölmüş, 300-dən çox insan xəsarət almışdı. Hadisə lunaparkda baş verdiyindən həlak olanların və yaralıların əksəriyyəti uşaq və qadınlardan ibarət olub.

Pakistanın Lahor şəhərində baş vermiş terror aksiyasına görə məsuliyyəti "Camaat ul-Ahrar" təşkilatı öz üzərinə götürüb.

 

Şərhlər

Çox oxunanlar