Rus qırıcısı qəzaya uğradı - VİDEO

30.03.2016 10:09     Dünyadan reaksiya     937

Rusiyaya məxsus Su-25 tipli döyüş təyyarəsi Primorda qəzaya uğrayıb.

Teleqraf.com "Ria Novosti" agentliyinə isitnadən xəbər verir ki, hadisə zamanı pilot katapult etməyə nail olub. Qəza zamanı yerə çırpılan təyyarə partlayıb.  Rəsmi məlumatlara görə, qırıcı Çerniqobka meşəsi yaxınlığında yaşayış məntəqəsindən kənara düşüb. Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.   

Sosial şəbəkələrdə təyyarənin qəzaya uğradığı ərazidən ilk görüntülər yayımlanıb.

Şərhlər

Çox oxunanlar