Putin ABŞ-dakı Nüvə Sammitinə niyə getmir?

30.03.2016 16:03     Dünyadan reaksiya     753

Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonda keçiriləcək nüvə sammitindən imtinasının səbəbi açıqlanıb.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, buna səbəb sammitə hazırlıq çərçivəsində “qarşılıqlı fəaliyyət defisitinin” mövcud olmasıdır.

Moskva hesab edir ki, nüvə təhlükəsizliyi məsələsi ilkin gedişatda ümumi, birgə səy, həmçinin maraqların və mövqelərin qarşılıqlı nəzərə alınmasını tələb edir.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti köməkçisinin müavini Ben Rods bildirmişdi ki, Rusiya sammitdə iştirakdan imtina etməklə nüvə təhlükəsizliyi müzakirəsindən özünü təcrid etdi.

Rusiya XİN-i isə buna cavab olaraq ABŞ-ın bəyanatının siyasiləşdiyini vurğulamışdı.

 

("Qafqazinfo")

Şərhlər