`Təyyarəni arvadımı görmək üçün qaçırdım` - Professor

30.03.2016 16:14     Dünyadan reaksiya     887

Kipr məhkəməsi ötən gün İsgəndəriyyə-Qahirə reysi ilə hərəkət edən sərnişin təyyarəsini qaçırmış Misir vətəndaşı, professor Eldin Mustafa barəsində 8 sutkalıq həbs qərarı verib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Eldin Mustafa məhkəmə zalına vəkilsiz gələrək, təyyarəni girov götürməsinin motivlərini açıqlayıb.

O, həyat yoldaşı və uşaqlarını görmək üçün bu addımı atdığını deyib: “Əgər kimsə öz arvadını və uşaqlarını görmək istəyirsə və Misir hökuməti bu görüşlərə icazə vermirsə, həmin adam nə etməlidir?”.

Məlumata əsasən, Eldin Mustafanın keçmiş xanımı və 4 övladı Kiprdə yaşayır.

O, qanunsuz olaraq partlayıcı vasitə saxlama, adam oğurluğu, hədə-qorxu və .s maddələrlə ittiham olunur. 2010-2011-ci illərdə həbsdə olan Mustafanın psixoloji probleminin olduğu bildirilir.

Şərhlər