Xamneyi Rəfsəncanini xəyanətdə ittiham etdi

30.03.2016 16:54     Dünyadan reaksiya     815

İranın ali dini lideri Seyid Əli Xamneyi paytaxt Tehranda Həzrəti Fatimənin mövludu günü münasibəti ilə çıxışı zamanı sabiq prezident, hazırda İranda ən tanınmış siyasi xadimlərdən olan Haşimi Rəfsəncanini ağır şəkildə tənqid edib. 

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ali dini lider qeyd edib ki, əgər Rəfsəncaninin “Sabahın dünyası dialoq dünyasıdır, mərmi  dünyası deyil” sözü şüursuz söylənilibsə, ayrı bir mövzu, lakin şüurlu bir şəkildə deyilibsə, xəyanətdir. 

Xatırladaq ki, bir həftə əvvəl Rəfsəncani Tvitter hesabında “sabahın dünyası dialoq dünyasıdır, mərmi dünyası deyil” fikrini paylaşıb.

Seyid Əli Xamneyi daha sonra qeyd edib ki, əgər İran dövləti ancaq texnologiya və müzakirə istiqamətində irəliləyərsə, özünü qorumaq gücünə sahib ola bilməz, bu zaman kiçik bir dövlətin təhdidi qarşısında belə geriyə addım atmaq məcburiyyətində qalar: “İran bütün imkanlardan və vasitələrdən istifadə etməlidir. Mən hər kəslə olmasa da, siyasi dialoqa qarşı deyiləm. Dünya səthində siyasi dialoqu qəbul edirəm. Bu gün həm mərmi, həm də müzakirə zamanıdır”.

Şərhlər