Rusiya Suriyaya əlavə qüvvə yeridir - İddia

30.03.2016 17:46     Dünyadan reaksiya     778

Rusiya hələ də özünün Suriyadakı hərbi bazalarına silah göndərir.

Axar.az “Röyter” agentliyinə istinadən xəbər verir ki, Rusiya özünün əsas hərbi texnikasını Suriyada saxlayır. Üstəlik, buradakı hərbi qüvvələri texnika ilə təchiz edən “Yauza” gəmisi də hələlik özünün Rusiyadakı dislokasiya məntəqəsinə geri dönməyib:

“Əksinə, Putinin verdiyi qərardan sonra “Yauza” Novorosiysk limanını tərk edərək, Tartusa gəlib. Həmin zaman bu gəmi o qədər yüklənmişdi ki, onun yükünü kənardan belə görmək mümkün idi. Görünür, Rusiya hələ də Suriyadakı bazalarını silahla təchiz edir. Bu dəfə isə Suriyaya ölkədən çıxarılan qüvvədən daha çox texnika göndərilir”.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 5 ildir davam edir. Rusiya buradan qoşunlarının bir hissəsini 2016-cı il martın 14-də çıxardıb. 

Şərhlər