Somalidə məktəb avtobusuna hücum - Azərbaycan və Türkiyə vətəndaşları ölüb
31.03.2016 09:49 Dünyadan reaksiya 903
Somalinin paytaxtı Moqadişoda məktəb avtobusuna edilən hücum nəticəsində hər ölkədən bir nəfər olmaqla Azərbaycan, Türkiyə və Somali vətəndaşları həlak olub, yaralılar da var.
Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.
Daha öncə Somali vətəndaşları olan avtobus sürücüsü və tərcüməçinin öldüyü, həmçinin dörd Türkiyə vətəndaşının öldüyü barədə məlumat yayılmışdı.
Qeyd olunur ki, hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.
Türkiyə XİN bu hücumu qınayıb: "Bu terror aktını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk."
Şərhlər