Vyetnamın prezidentini işdən çıxartdılar

31.03.2016 17:10     Dünyadan reaksiya     745

Vyetnam Milli Məclisinin səsverməsi nəticəsində prezident Çıonq Tan Şanq vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün “Sinyuxa” agentliyi məlumat yayıb.
 
473 cari bülletendən 447-si Çıonq Tan Şanqın vəzifədən azad edilməsinin lehinə səs verib. 

Şənbə gününə təyin edilmiş seçkilərdə Milli Məclisin sədri vəzifəsinə seçilən Nquen Thi Kim Nqan yeganə namizəd Kommunist Partiyasının MK siyasi bürosunun üzvü, ictimai təhlükəsizlik naziri vəzifəsini tutan Çan Day Kuanqın namizədliyini irəli sürüb. 

Agentlik qeyd edib ki, Çıonq Tan Şanq yanvar ayının sonunda seçkilər zamanı Kommunist Partiyasının MK-nə seçilməyib. 

Hanoyedə bu günlərdə Milli Məclisin sessiyası keçirilir, sessiyada ölkənin icra hakimiyyətinin yeni tərkibi seçilir. 

Yaxın günlərdə Vyetnamın yeni prezidenti və baş nazirinin seçilməsinə dair səsvermə keçiriləcək. 

Bu vəzifələrin general Çan Day Kuanqın və hazırkı baş nazirin müavini Nquen Suan Fukun tutacağı ehtimal edilir. Onların hər ikisi Vyetnam Kommunist Partiyasının MK-nın siyasi bürosunun üzvüdürlər. 

Şərhlər