PKK-dan daha bir hücum - ölən və yaralanan var

02.04.2016 10:20     Dünyadan reaksiya     878

Türkiyənin Mardin şəhərində PKK terrorçuları hərbi komissarlığa hücum edib.

Reaksiya.info  Teleqraf.com-a istinadən xəbər verir ki, binanın qarşısındakı sədlərə görə içəri girə bilməyən terrorçular bomba yüklü avtomobili elə girişdə partladıblar. Nəticədə 1 nəfər ölüb, 2-si əsgər, 3-ü uşaq olmaqla 11 nəfər yaralanıb.  Ölən adamın yaxınlıqdakı tikintidə qapıçılıq edən suriyalı miqrant olduğu bildirilib.

Şərhlər