Obama Putini tənqid etdi - “İqtisadi inkişafı qurban verir”
02.04.2016 12:41 Dünyadan reaksiya 881
Beynəlxalq Nüvə Sammitinin sonuncu günü çıxış edən ABŞ prezidenti Barak Obama yenə rusiyalı həmkarı Vladimir Putini hədəf alıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama Rusiya prezidentinin ölkəsinin hərbi qüdrətini gücləndirmək üçün iqtisadi inkişafı qurban verdiyini deyib.
“Mən prezident kimi nüvə arsenalının azaldılmasının tərəfdarıyam. Lakin 2012-ci ildə Putin yenidən Rusiya prezidenti seçildikdən sonra bu sahədə proseslər ləngiyib. O əsas diqqəti ölkənin daxili iqtisadi inkişafına deyil, hərbi arsenalının artırılmasına yönəldib”.
Obama Rusiya və ABŞ-ın nüvə başlıqlarını azaltmasının Pakistan və Hindistan kimi nüvə dövlətlərinə də nümunə ola biləcəyini və gələcəyə ümidli olduğunu deyib.
Şərhlər