Lavrov və Kerri arasında təcili telefon danışığı
02.04.2016 13:22 Dünyadan reaksiya 767
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin internet səhifəsində yer alıb.
Xəbərə görə, Lavrovla Kerri arasında baş tutan telefon danışığı zamanı Rusiyanın baş diplomatı bildirib ki, Türkiyə-Suriya sərhəddindən Suriya ərazisinə sızmalar mövcuddur. Onun fikrincə, məhz Suriyaya daxil olmaq istəyən militanlar bu sərhəddən istifadə edirlər. Lavrov Türkiyə-Suriya sərhəddində belə "dəlik"lərin olmasına diqqət çəkərək onun bağlanmasının lazım olduğunu ifadə edib. O hesab edir ki, BMT Təhlükəsizlik Şurasının da iştirakı ilə təcili razılaşma əldə edilməlidir.
Tərəflər telefon danışığı zamanı Ukrayna böhranının həllinə dair Minsk razılaşmasının icrası problemini də müzakirə ediblər. Həmçinin bir sıra beynəlxalq mövzuya dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, telefon danışığının ABŞ tərəfinin istəyi ilə baş tutduğu qeyd edilir.
Şərhlər