Çavuşoğlu: "7 rayona görə heç kim səsini çıxarmır"

03.04.2016 22:59     Dünyadan reaksiya     1041

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu hələ də işğal altındadır. BMT, Avropa Şurası və beynəlxalq təşkilatların qərarları var. Lakin buna baxmayaraq, heç kim səsini çıxarmır.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
 
“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. ABŞ, Fransa və Rusiyadan ibarət Minsk üçlüyü mövcuddur. Lakin bu günə qədər sözgedən qrup Qarabağ problemi ilə bağlı heç bir addım atmayıb.  Biz həmişə bölgəmizdə qaynar müharibələrdən bəhs edirik. Amma ətrafımızda dondurulmuş münaqişələr də var. Bunlardan biri Qarabağ, digəri isə Moldovanın şərqindəki Dnestryanı münaqişəsidir. Cənubi Osetiya və Abxaziya da belə ixtilaflardandır”, - Çavuşoğlu bildirib.
 
Çavuşoğlu onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həll edilməlidir.  

Şərhlər