İrandan Bakı və İrəvana rəsmi xəbərdarlıq - “Sərt reaksiya verəcəyik!”
04.04.2016 11:24 Dünyadan reaksiya 1099
İran Ermənistanın Azərbaycana atdığı minomyot mərmilərindən 3-ünün öz ölkələrinin ərazisinə düşməsiylə bağlı Rəsmi Bakı və İrəvana xəbərdarlıq edib.
AzNews.az İran KİV-lərinə istinadən xəbər verir ki, İran tərəfi istənilən təcavüzə sərt reaksiya verəcəklərini bəyan ediblər. “Hazırda Şərqi Azərbaycan vilayətinin sərhədində təhlükəsizlik bərpa edilib. Lakin ölkə ərazimizə qarşı istənilən təcavüzə sərt reaksiya verəcəyik”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Ermənistan tərəfindən həyata keçirilən təxribat nəticəsində Azərbaycana atılan mərmilər Şərqi Azərbaycan vilayətində yerləşən Xudafərin rayonunun kəndinə kəndə düşüb.
Dağıntılar və itkilər barədə isə hələki məlumat yoxdur.
Qeyd edək ki, İran sərhədçiləri İran ərazisinə qarşı təcavüzə görə Azərbaycan və Ermənistanı xəbərdar ediblər. Hər iki tərəf sözügedən səhvi təkrarlamamağa söz verib.
Şərhlər