Gürcü nazir Qarabağa görə səfərini təxirə saldı

04.04.2016 14:27     Dünyadan reaksiya     830

Gürcüstanın xarici işlər naziri Mixael Canelidze Qafqazda hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Polşaya planlaşdırılan səfərini təxirə salıb.
 
APA-nın verdiyi xəbərə görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
 
Qeyd edək ki, M. Canelidzenin polşalı həmkarı Vitold Vaşikovski ilə görüşü nəzərdə tutulmuşdu.

Şərhlər