Avropa liderləri Yunanıstana 5 gün vaxt verdi
08.07.2015 11:33 Dünyadan reaksiya 1652
Yunanıstanda keçirilən referendumdan sonra təcili toplantı keçirən Avropa liderləri yunan hökumətinə cümə axşamına kimi vaxt verib.
Avropa liderləri iyulun 12-də Yunanıstanda son dəfə toplanıb yekun qərar verəcəklər.
Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, Yunanıstan hökuməti cümə axşamına qədər Avropa İttifaqına son təkliflərini verməlidir. Almaniya baş naziri Angela Merkel də 12 iyulda Yunanıstanın xilası üçün ya “yox”, ya da “hə” deyiləcəyini bəyan edib. Merkel deyib ki, heç bir halda Yunanıstanın borclarının silinməsi məsələsi müzakirə mövzusu deyil.
Şərhlər