Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının iclasını çağırır
04.04.2016 17:43 Dünyadan reaksiya 941
Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biridir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi keçirəcəyi Təhlükəsizlik Şurasının iclasında Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biri olacaq.
Reaksiya.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Prezident Administrasiyasında, saat 19.00-da başlayacaq iclasın gündəminin mərkəzi məsələsi terrorizm ilə mübarizə məsələsi olacaq.
Bundan başqa, regionla məsələlərin müzakirəsi planlaşdırılır, bu məsələlər sırasında Azərbaycan, Ermənistan və Suriyadakı vəziyyət, eləcə də qanunsuz miqrasiya ilə mübarizə məsələləri yer alacaq.
Şərhlər