Mini "yubka" ölkəni ayağa qaldırdı
08.07.2015 11:42 Dünyadan reaksiya 1800
Mərakeşdə qadınlar ayağa qalxdılar. Zərif cinsin nümayəndələri geyim qadağasına qarşı çıxıblar.
ANS PRESS-in məlumatına görə, "bədən cizgilərini göstərən geyimlər" geyindikləri üçün iki ilə yaxın həbs tələbi ilə məhkəmə qarşısına çıxarılan iki gənc qadın ölkəni qarışdırıb. Ölkədə "mini ətək" böhranı yaranıb. Mərakeşli qadınlar küçələrə tökülüb, yüzlərlə vəkil onlar üçün səfərbər olub.
Geyimlərinə görə həbs cəzası ilə üz-üzə qalanlar 23 və 29 yaşlı qızlardır. Onların müdafiəsi üçün 500 vəkil müraciət edib. Lakin ilk prosesdə onlardan ancaq 200 nəfəri salona sığıb.
Onların azad edilməsi üçün "Ədliyyə naziri: don geyinmək cinayət deyil" başlıqlı onlayn imza kampaniyası başlayıb. Ancaq bir gün ərzində kampaniyaya 25 500 imza toplanılıb.
Dəstək kampaniyasını başladan və iki qadının saxlanmasının şahidi olan Majda S. adlı qadının sözlərinə görə, əgər polis özünü çatdırmasa qadınlar kütlə tərəfindən linc ediləcəkdi.
Məhkəmə iyulun 13-də qızlar barədə qərar verəcək.
Xatırladaq ki, adları açıqlanmayan iki qız ölkənin cənubundakı Agadir şəhərində ötən ayın ortalarında həbs ediliblər. Buna səbəb isə onların bazar ərazisində gəzməyə çıxdıqları zaman geyindikləri mini geyimin mühafizəkarların xoşuna gəlməməsi olub. Polis isə qızların "çox dar" geyimlərdə olduğunu açıqlayıb.
Ceniffer Lopez də bir müddət öncə Mərakeşdə səhnə geyiminə görə, sərt reaksiyalara məruz qalmışdı.
Şərhlər