BMT Rusiyanın sülh layihəsini rədd etdi

06.04.2016 13:16     Dünyadan reaksiya     1320

"Qərb ölkələri Rusiya tərəfindən BMT Təhlüəsizlik Şurasına təqdim olunan "media üçün yeni bəyanat" layihəsini bloklayıb. Lahiyədə Cenevrədə keçirilən Suriya danışıqlarının yeni raundunda Suriyadakı bütün siyasi güclərin maksimum dərəcədə iştirakını təmin etməklə bağlı çağırış yer alıb". 

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın BMT-dəki təmsilçisi Vitali Çurkin məlumat verib: "Biz belə bir lahiyə ilə çıxış etdik. Bu layihənin qəbul edilməməsinə təəccübləndik. Ukrayna nümayəndə heyəti də öz qeyri-konstruktiv mövqeyini ortaya qoydu. Suriya cəmiyyətinin bütün seqmentləri siyasi prosesdə iştirak etməlidir. Hazırkı mərhələdə bu, çox vacibdir. Çünki danışıqların bu raundunda Suriyadakı siyasi sistem müzakirə ediləcək. Suriyalı kürdlərin bugünə kimi Cenevrə danışıqlarına dəvət edilməməsi bizi narahat edir". O, BMT Təhlükəsizlik Şurasının üzvlərinin bu məsələ ilə bağlı mövqeyinin təəccüblü olduğunu bildirib: "Bu mövqe təəccüb doğurur. Qərb tərəfdaşlarım üçün təkrar edirəm ki, BMT TŞ-nın qətnaməsinin tam həcmdə yerinə yetirilməsi vacibdir". 

Şərhlər