Nəcməddin Sadıkov və Yuri Xaçaturov əməliyyatların dayandırılması üçün Moskvada görüş keçiriblər
06.04.2016 16:35 Dünyadan reaksiya 1087
Moskvada Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında görüş keçirilib.
Gün.Az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.
Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə ediblər.
Şərhlər