Ərdoğandan Rusiyaya sərt cavab - “Tərəf tutan tək ölkə varsa, o da sizsiniz”

06.04.2016 17:38     Dünyadan reaksiya     1359

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Türkiyə Ermənistanla Azərbaycan arasında tərəf tutur” açıqlamasına reaksiya verib. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan iki ölkə arasında tərəf olan bir ölkə varsa, onun da Rusiya olduğunu bildirib. 

“Rusiya “Türkiyə tərəf tutur” deyir. Əgər Azərbaycanla Ermənistan arasında tərəf axtarılsa, o, Rusiyadır. Rusiya tərəf olmağı sevir. Rusiya Gürcüstanda da, Ermənistanda da, Suriyada da, Ukraynada da tərəf olmuşdu. Türkiyə olaraq bizim vəziyyətimiz çox fərqlidir. Bizim bu insanlarla minillik dostluğumuz, qardaşlığımız, qohumluğumuz var. Orada deyilən hər ağı bizim də gözlərimizi yaşardır. Eynilə Balkanlar, Qafqaz, Krım kimi... Onları özümüzdən ayrı görmürük. Oralardan gələnləri ölkəmizdə qonaq edirik. Biz tariximizin, vicdanımızın, əcdadımızın, ağlımızın bizə göstərdiyi istiqamətdə yolumuza davam edirik”, - deyə Türkiyə prezidenti bildirib.

Şərhlər