Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı - FOTO

07.04.2016 16:01     Dünyadan reaksiya     889

Türkiyəli məşhur müğənni Demet Akalın cəbhədə baş verən hadisələrdən sonra Azərbaycana dəstəyini nümayiş etdirib.
Anspress-in məlumatına görə, müğənni 4 milyonluq  “İnsaqram” səhifəsində Azərbaycana olan sevgisini nümayiş etdirib. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinə dair petisiyaya qoşulmağa səsləyib. Ağ ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.
 
“Hər kəs işğalın fərqindədir. Ermənistanın Azərbaycandakı işğalına sən də dur de. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi və bölgədəki fəlakətinin qarşısının alınması üçün səs ver, dəstək ol" - sözləri yazılmış foto paylaşıb. Demet Akalın bu paylaşımı 5 dəqiqə ərzində minlərlə insan tərəfindən bəyənilib və şərh edib. Azərbaycanlı və türk izləyiciləri tərəfindən ifaçının Azərbaycana dəstəyi müsbət qarşılanıb.
 
Bi neçə gün öncə Rusiyanın məşhur şoumeni, aparıcısı Dmitri Nağıyev də Azərbaycana dəstək olub. D.Nağıyev "Facebook" səhifəsində Azərbaycan bayrağını divar şəkli edib. Aparıcının paylaşdığı şəkli minlərlə izləyici bəyənib. Bundan əlavə Rusiyanın 1-ci kanalının ulduzu cəbhədə yaşananlarla yaxından maraqlanır. O, sosial şəbəkədə Qarabağdakı döyüş xəbərlərini izləyiciləri ilə bölüşür. 
 
Cəbhə xəttində gərginlik aprelin 2-nə keçən gecədən başlayıb. Bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Ermənilərin onlarla texnikası, çox sayda canlı qüvvəsi məhv edilib. 

Şərhlər