Almaniyadan 7 maddəlik Qarabağ planı
07.04.2016 17:51 Dünyadan reaksiya 976
Almaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində gərginliyin azalması, davamlı sülhün təmin olunması və münaqişənin dinc yolla həllini özündə etiva edən 7 maddəlik təkilflər planı təqdim edib.
Bu haqda Almaniya XİN-dəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, XİN hesab edir ki, bölgədəki hazırkı status-kvo risklidir və uzunmüddətli deyil.
"Almaniyanın xarici işlər naziri ATƏT-in sədri olaraq, bu mürəkkəb vəziyyətdə mümkün vasitələrdən istifadə edərək fəaliyyət göstərəcək", - mənbə vurğulayıb.
(Report.az)
Şərhlər